+994 55 367 60 17
inshaat@rezident.az

Tikinti xidməti

 

Tikintidə bir çox materiallardan istifadə edilir.Lakin ən geniş istifadə olunan material dəmir- beton, əhəng daşı, kərpic və digər süni üsullarla hazırlanmış hörgü məmulatlarıdır.

Dəmir-beton konstruksiyalar beton və ya dəmir-beton özüldən, döşəmədən, rigeldən, mərtəbə arası tavadan, tağdan və digər formalardan ibarətdir. Beton, müəyyən edilmiş nisbətdə qum, çınqıl, sement və su qarışığından hazırlanır.Beton dəmir armaturlarla birlikdə hazırlandıqda dəmir-beton məmulatı adlanır. Bu məmulat tikintidə ən çox istifadə edilən qarışıqdır.

Beton tikililərin üstünlükləri:

1.Beton konstruksiyalar təbiət hadisələrinə qarşı dözümlüdür. Betonun ömrü uzandıqca davamlılığı da artar, beton ilkin möhkəmliyinə 28 gündə nail olur.

2.Dəmir-beton konstruksiyanın 1000 dərəcə istidə 2.5cm qalınlığında olan betondan içindəki dəmirə temperaturun keçməsi və onun istiliyin 500 dərəcəyə çatması üçün bir saat vaxt lazımdır. Buna görə də beton tikintilər yanğına qarşı dayanıqlıdırlar.

3.Məmulatın tərkib materiallarını tədarük eləmək asandır.

4.Formaya salınması çox asandır, qəliblə hər çeşidli formalara salmaq mümkündür.

5.Yük götürmə qabiliyyəti yüksəkdir. Lakin unutmamaq lazımdır ki, bu xüsusiyyət betonun qarışdırılması ilə əlaqədardır.

Beton tikintilərin eybləri:

1.Anoloji konstruksiyalara nisbətdə çox ağırdırlar.

2.Səs, nəm və temperatur izolyasiyası aşağı səviyyəlidir.

3.Tikilinin maliyyə xərclərinin artırır.

Əhəng daşı tikinti sferasında istifadə olunan ən qədim inşaat materialıdır. Əsasən kalsium karbonatdan ibarət olan bu çökmə süxur Azərbaycanda geniş yayılmış və ölkəmizin coğrafi şəraitinə əlverişli hörgü məmulatıdır. Əhəng daşından ta qədimdən tikintidə də istifadə olunmasının səbəbi asan təmin edilməyi, oyma üçün əlverişli olması, məsamələrindən asılı olaraq konstruksiyalara nəfəs alma qabiliyyətini verməsi, yapışma xüsusiyyətinin olması və s. üstünlükləridir. Ölkəmizdə müvcud olan tarixi abidələrin böyük əksəriyyəti daşlaşmış heyvan qalıqlarından əmələ gəlmiş əhəng daşından inşa edilib. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəng daşından tikilib.

Daş konstruksiyaların üstünlükləri:

1.Maliyyə baxımından dəmir-beton konstruksiyalardan ucuzdur.

2.Kiçik həcmli tikililərdə dəmir-beton olmadan istifadəsi mümkündür.

3.Konstruksiyaya nəfəs alma qabiliyyəti verir.

4.Yapışma qabiliyyəti yüksəkdir.

5.Dəmir-beton konstruksiyalardan yüngüldür.

6.Səs izolyasiya xüsusiyyətinə malikdir.

7.Oyma işləri üçün əlverişlidir

Daş konstruksiyaların eybləri:

1.Təbiət hadisələrinə qarşı dayanıqlı olmaması.

2.Təkbaşına iri konstruksiyalarda isifadəsinin mümkünsüzlüyü.

3.Yanğın zamanı sahib olduğu xüsusiyyətləri itirməsi.

"REZİDENT.AZ" İNŞAAT divizyonu nəzərinizə çatdırır ki, konstruksiyanın bu mərhələsi ciddi və dəyişməz, illərdir təcrübədən keçmiş normativlərlə həyata keçirilir. Mərhələnin bu qismi keyfi istək və davranışlara görə dəyişdirilə bilməz. Bu mərhələdə təklif edəcəyimiz optimal variantlar büdcənizə əhəmiyyətli dərəcədə qənaət etmiş olacaqsınız.

Sektor eyni zamanda müxtəlif üsulda və üslubda suvaq işlərini də lazımi keyfiyyətdə təhvil verəcək ustalarla təchiz olunub. Bizim suvaqçılar sizə xərclərinizə qənaət etməklə keyfiyyətli suvağa nail olmanın yollarını göstərəcək.