+994 55 367 60 17
inshaat@rezident.az

Taxta hamamların tikintisi

Unudulmaz sənətkarımız Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" filmində "harada dincəlmək olar?" sualına hər birimiz elə filmdəki kimi "HAMAMDA" cavabını versək yəqin ki yanılmarıq. Eyni zamanda dünyada əsas üç hamam formasının - türk, rus və fin hamamlarının olduğunu da desək səhv etmiş olmarıq.Türk hamamının ölkəmizdə əzəldən bəri var olduğuna görə bu tip hamamların tikintisi üzrə ixtisaslaşmış mütəxəssilər və tikinti şirkətlərimiz var. Lakin eyni şeyi rus və fin hamamları, onların mütəxəssis və tikinti şirkətləri haqda təəssüf ki, deyə bilmirik. Məhz bu səbəbdən ölkəmizin tikinti sferasında bu boşluğu doldurmaq üçün illər öncə bu sahədə ixtisaslaşmağa qərar verdik.

Uzun müddət Rusiyada taxta hamam və sauna (rus və fin hamamı) tikintisi sahəsində qazanmış olduğumuz təcrübə bizə imkan verir ki bu sahədə unikal iş təhvil verək. Hər sifarişə individual yanaşma bizə işlərimizdə 100%-lik nəticə əldə etmə imkanı verir. Beləliklə bizə müraciət etməklə siz xəyallarınızın əyani formasına nail olacağınızdan qətiyyən şübhə etməyin. Tikinti prosesində konstruksiyanın hər bir detalının mütəxəssilərimiz tərəfindən yoxlanılması, hesablamaların aparılması və təyinatı üzrə ehtiyacın ödənməsinə əminlik yarandıqdan sonra tətbiq edilməsi sizdə azacıq da olsa şübhə düşüncəsinə yer qoymayacaq. Rəqiblərimizdən əsas fərqimiz odur ki, biz ənənəvi iş metodu ilə yanaşı təşəbbüskar, mütərəqqi metod və texnologiyaları  təcrübədən keçirdikdən sonra tətbiqindən çəkinmirik. Bu günə qədər gerçəkləşdirdiyimiz layihələrin tamamının nəticəsinin uğurlu olmasının sirri elə bunlardadır.

Qeyd olunanları nəzərə alaraq biz müştərilərimizə nə təklif edirik?

- Taxta hamam və saunaların tikintisi və təmiri

- Taxta hamam və saunaların tikinti və təmiri üçün lazım olan materialın (komplektasiya) təmini

- Konstruksiyanın interyeri üçün ehtiyac üzrə müxtəlif təyinatlı ləvazimatın təmini

Bizə müraciət edən müştəridən aşağıdakı 3 qaydaya uymalarını təmənni edirik:

1. Arzuladığı taxta hamamın və yaxud saunanın məkan olaraq yerləşməsi və ölçülərini təsdiq olunmuş şəkildə təqdim etmək. Əgər çətinlik varsa biz ölçü və yerləşmə ilə əlaqədar məsləhət verə bilərik.

2. Tikiləcək taxta hamam və sauna ilə əlaqədar arzu və təkliflərini yazılı olaraq təqdim etmək.

3. Artıq razılaşdırılmış tikintiyə başlamadan öncə material xərclərini 100%, əmək haqqı xərclərini isə qrafikə uyğun (20%+30%+50%) tam ödəniş etmək.

Son olaraq nə deyə bilərik? Bax burda ənənədən kənara çıxmayaraq "HƏMİŞƏ TƏMİZLİKDƏ!" deyirik.