+994 55 367 60 17
inshaat@rezident.az

Taxta evlərin tikintisi

Taxta ən qədim tikinti materiallarındandır. Bu baxımdan etibarlı material kimi öz əzəli yerini qoruyub saxlayır. Taxta ev digər konstruksiyalı evlərlə müqayisədə xeyli üstünlüklərə malikdir. Proqressiv texnologiyalar dövründə yaşayan çağdaş insanların öz əcdadları kimi məhz ekoloji təmiz və sağlam ortam təmin edən evlərə üstünlük verməsi danılmaz faktdır. Bu gün çoxlarının ev tikərkən tikinti materilı kimi məhz taxta olan mənzillərə daha çox üstünlük verməsinin səbəbi nədir?

Son illər ağac tikililər Azərbaycanın istirahət-turizm zonalarında daha geniş yayılmağa başlayıb. Bunun səbəbi təkcə tikililərin görkəmində, xarici görünüşündə deyil. Tikinti texnologiyaları nə qədər inkişaf etsə də, yeni inşaat materialları ixtira edilsə də, mütəxəssislər etiraf edir ki, hələlik faydalılığına görə ağacdan üstün olan variant tapılmayıb.

Əvvəla, belə evlər sağlamlıq üçün faydalıdır. Taxta insanlarla birlikdə nəfəs alır və onun revmatizm, astma, böyrək xəstəlikləri, qan dövranının pozulması xəstəliklərinə çox böyük müalicəvi təsiri var. Taxtanın ənənəvi ətri və görünüşü ilə yaratdığı isti mühit isə insanın əhval-ruhiyyəsini bərpa etmək üçün əvəzsizdir. Mütəxəssislər bildirirlər ki, taxta binalarda yaşayanlar fiziolji və psixoloji cəhətdən də özlərini daha sağlam hiss edirlər.

Taxta evlərin ən böyük üstünlüklərindən biri zəlzələyə davamlılığı və təhlükəsizliyidir. Zəlzələ vaxtı ölümün başlıca səbəbi betonun ağırlığıdır, taxta evlərdə isə belə təhlükə yoxdur. Üstəlik, zəlzələdən sonra zədələnmiş beton evlərin uçma ehtimalı olduğu halda, taxta evi qısa müddətdə təmir etmək mümkündür. Bunun nəticəsidir ki, zəlzələlər zamanı ən az tələfat taxta evlərdə yaşayanlarda olur. Uzunömürlülük də taxta evlərin başlıca xüsusiyyətlərindən hesab edilə bilər. Hazırda da respublikanın bir çox bölgələrində orta əsrlərə aid taxtadan inşa edilmiş tarixi abidələrə rast gəlinir, qorunub-saxlanılır.

Taxta evlərin bir digər üstünlüyü daş və betondan qat-qat yüngül olduğuna görə onları istənilən yerdə, o cümlədən yerin yumşaq olduğu dənizkənarı və dağlıq ərazilərdə quraşdırmaq mümkündür. Belə evlər daş və betondan fərqli olaraq torpağı çökdürmür, lazım gəldikdə yerlərini dəyişmək mümkün olur.Taxta konstruksiyaların sökülüb-tikilmə xüsusiyyətləri var.

Taxta evləri istənilən yerdə, hətta nəmişlik olan bölgələrdə quraşdırmaq mümkündür. Nəmişlik olan ərazilərdə bu evlər üçün heç bir təhlükə yoxdur. Taxta material insan səhhəti üçün olduqca əlverişli olan daha bir xüsusiyyətə malikdir. Belə ki, bu materialın mənzildə 45-55 faizlik davamlı nəmliyi saxlamaq xüsusiyyəti var.Havada nəmlik artdıqca, taxta divarlar artıq nəmliyi udur, quru havada isə onu tikilinin atmosferinə buraxır. Bununla da otaqlarda ideal təbii iqlim-tənzimləmə  rejimi gerçəkləşdirilir. Nəfəs alma qabiliyyətinə görə qapalı məkanlarda taxta 30 faizdən çox havanı dəyişə bilir. İsti hava taxta divarlarda kondensat yaranmır. Bu isə o deməkdir ki, taxta ev sahibləri daş və beton tikililərin sahiblərinin əziyyət çəkdiyi kif, göbələk kimi fəsadlarla qarşılaşmalı olmur. Tikililərin nəmişliyə davamlılığını artırmaq üçün onlar suya və ultrabənövşəyi şüalara davamlı antiseptik təyinatlı boyalar ilə rənglənir.

Taxta tikinti materialları arasında daha bir unikal xüsusiyyətləri ilə fərqlənir. Ağacın siqaret tüstüsü, formaldehidlər və. s kimi toksiki və zərərli maddələri "udmaq" qabiliyyəti var.

Taxta evlərin daha bir üstünlüyü onlardakı temperatur şəraitinin asan tənzimlənməsidir. Belə evləri isitmək və soyutmaq çox asandır. Taxta ev istiliyi beton evdən 15 dəfə çox saxlayır. Çox soyuq yerlərdə istilik xərclərini azaltmaq üçün taxta evlərdə izolyasiya metariallarına çəkilən xərclər isə daş beton konstruksiyalı evlərə çəkilən xərclərdən 3-4 dəfə az olur.

Taxta evlərə qulluq da çətin deyil. Belə evlərin çöl fasadına 3 ildən bir boya çəkmək kifayətdir ki, bu da çox vəsait tələb etmir.

Taxta evlərin növləri:

- Kalibrlənmiş ağacdan tikilmiş taxta evlər

- Qabığı soyulmuş ağacdan tikilmiş taxta evlər

- Yapışdırma üsulu ilə hazırlanmış dördbucaq tirlərdən tikilmiş taxta evlər

- Karkas evlər

"REZİDENT.AZ" İNŞAAT PLATFORMASI divizyonunun taxta evlərin tikintisini həyata keçirən sektorun mühəndis və ustaları uzun müddət Rusiya Federasiyasında təcrübə keçmişdir. Mütəxəssislərimizin təcrübələri müxtəlif sertifikat və sənədlərlə təsdiqini tapmış, lakin təcrübəmizin ən bariz göstəricisi reallaşdırdığımız layihələrdir. Azərbaycanda ən böyük taxta evi tikməyimiz isə bizə xüsusi qürur verir. Taxta evlərin tikintisi xidmətindən əlavə sektor taxta perqolaların, göllərdə lövbərlərin (pirs, priçal), talvarların, kətillərin, kölgəliklərin, interyer və eksteryerdə taxta mebel və elementlərin hazırlanması xidmətlərini də həyata keçirir.