+994 55 367 60 17
inshaat@rezident.az

Tavan işləri

Tikinti məkanının tavanı bizim nəzərimizdə sadəcə hər hansı bir konstruksiyadan ibarət deyil. Tavanın konstruksiyası və forması tikinti sahəsində mümkün qədər yer zəbt etməməklə yanaşı vizual və estetik baxımdan istifadəçiyə rahatlıq da bəxş etməli, səsin keçiriciliyini minimuma endirməli, məkana akustuk həll də gətirməlidir. Qeyd olunan məqamları reallaşdırmaq üçün dəqiq riyazi hesablamalar aparılmalıdır. Digər işlərimizdə olduğu kimi tavan işlərində də usta heyəti ixtisaslı mühəndis nəzarətində, mühəndis hesablamalarına uyğun xidmət göstərir. Sektorumuzun tavan işləri aşağıdakı xidmətlərdən ibarətdir:

- Alçıpan tavanın yığılması

- Asma tavanın yığılması

- Armstronq tavanın yığılması

- Dartma tavanın montajı

- Lambir tavanın yığılması

- Taxta tavanın yığılması

- Dekorativ tavanın yığılması