+994 55 367 60 17
inshaat@rezident.az

Su, kanalizasiya və istilik sisteminin qurulması işləri

Su - həbs edilməsi, qarşısı alınması mümkün olmayan bir materiyadır. Suyun bu xüsusiyyəti mütəxəssislərə ciddi problemlər yaşatmasın deyə suyu sadəcə olaraq idarə etmək lazımdır. Suyun fəlakət deyil həyat və rahatlıq mənbəyinə çevrilməsində mütəxəssislərimiz sizə təmin edəcəkdir. Sanitar qovşağın və mətbəxin istənilən tikilidə əhəmiyyətkəsb etdiyini bilirik. Eyni zamanda bilirik ki, su, kanalizasiyavə istilik təminatı sisteminin fasiləsiz fəaliyyəti insan rahatlığı ilə düz mütənasibdir.Sistemdəki cüzi nasazlığın həyat ritmini pozmaqdan əhval-ruhiyyəni korlamağa qədər ciddi narahatlığa səbəb olduğunu da bilirik. Qeyd olunan problem və əsas istəkləri bildiyimiz üçün onların aradan qaldırılması yollarını da tapmışıq. Keyfiyyətli nəticə almanız üçün peşəkar ustalarımızın biliklərinin reallaşdırılacağı məkanı göstərməniz kifayət edir.

- İsti və soyuq su xətlərinin çəkilməsi

- Kanalizasiya xətlərinin çəkilməsi

- İsti döşəmənin quraşdırılması

- İstilik sisteminin qurulması

- Müxtəlif həcmli qazanxanaların yığılması

- Aksessuarların quraşdırılması